Menu

Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub - Azı 10 nəfər xəsarət alıb

27.04.2019, 19:52
Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub - Azı 10 nəfər xəsarət alıb

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

"Report" xəbər verir ki, hadisə aeroport yolunda, "Buta Palace" yaxınlığında qeydə alınıb.

Belə ki, Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən 171 saylı sərnişin avtobusu zibil daşyan avtomobillə toqquşub. Hadisə nəticəsində avtobusun azı 10 sərnişini xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl də 171 saylı sərnişin avtobusu "Mercedes"lə toqquşub .

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol