Menu

«Mən, Putinin KXDR üzrə bəyanatını qiymətləndirirəm» - TRAMP

28.04.2019, 00:01
«Mən, Putinin KXDR üzrə bəyanatını qiymətləndirirəm»  - TRAMP

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp aprelin 26-da jurnalistlərə bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinin Koreya Xalq Demokratik Respublikasına (KXDR) dair bəyanatını yüksək qiymətləndirir.

«Mən, prezident Putinin KXDR ürzə bəyanatını qiymələndirirəm. Hesab edirəm ki, KXDR ətrafında situasiya yaxşı inkişaf edir, əhəmiyyətli irəliləyiş var» - Tramp bildirib.

«Mən, Rusiya və Çinin bizə köməyini qiymətləndirirəm. Hesab edirəm ki, Çin bizə kömək edir, çünki nüvə silahına malik ölkənin qonşusu olmaq istəmir. Həm də hesab edirəm, Çin bizə ona görə kömək edir ki, bizimlə ticarət sazişi imzalamaq istəyir - bu istiqamətdə danışıqlar yaxşı gedir» - Tramp qeyd edib.

Bundan əvvəl ABŞ prezidenti Rusiya və Çini nüvə silahından imtina etməyə çağırıb. O, «Fox News» telekanalına bəyan edib ki, hamı nüvə silahından əl çəkməlidir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol