Menu

"Venesuela ADT-yə qayıtmayacaq və ABŞ-ın müstəmləkəsi olmayacaq" - Maduro

28.04.2019, 11:01
"Venesuela ADT-yə qayıtmayacaq və ABŞ-ın müstəmləkəsi olmayacaq" - Maduro

“Venesuela yenidən heç vaxt ABŞ-ın müstəmləkələr nazirliyi olan Amerika Dövlətləri Təşkilatına (ADT) üzv olmayacaq”.

Bu barədə Venesuela prezidenti Nikolas Maduro özünün “Twitter” səhifəsində yazıb.

“Biz müdaxilə, demokratik prinsiplərə və beynəlxalq hüquqa hörmətsizlik üzrə institut olan ABŞ-ın müstəmləkələri nazirliyindən azad olduq. Müstəqil vətənimiz ADT-yə “əlvida” deyir. Biz ADT-dən çıxdıq və heç vaxt ora qayıtmayacağıq”, – deyə o yazıb.

Qeyd edək ki, Venesuela hökuməti Amerika Dövlətləri Təşkilatından çıxdığını bildirib. Ölkənin xarici işlər naziri Xorxe Arreasın sözlərinə görə, respublika bu qərardan sonra daha çox müstəqil olub. (Report)

WhatsAppFacebookFacebook MessengerTwitterShare

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol