İrana məxsus neft tankeri Səudiyyə Ərəbistanı sahillərində qəzaya uğrayıb.
Hadisə Qırmızı dənizdə, Ciddə limanı yaxınlığında baş verib.
Səudiyyəli sahil-mühafizə xidmətinin əməkdaşları gəminin heyət üzvlərini xilas edə biliblər.
26 heyət üzvündən 24-ü İran, 2 nəfəri Banqladeş vətəndaşıdır. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Trend-in məlumatına görə, qəzaya mühərrikin sıradan çıxması və idarəetmənin itirilməsi səbəb olub.


Şərhlər