Menu

Məhkəmə insan alverində təqsirləndirilən qadını azadlığa buraxıb

02.05.2019, 19:02
Məhkəmə insan alverində təqsirləndirilən qadını azadlığa buraxıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadını Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Günay Seyfullayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, G. Seyfullayeva barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. O, məhkəmənin iclas zalından azadlığa buraxılıb.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü G.Seyfullayeva Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. İttihama görə, G.Seyfullayeva Azərbaycan vətəndaşı olan qadını Türkiyəyə aparıb, orada cinsi istismara məruz qoyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol