Menu

"Azərbaycan NATO-ya minnətdardır" - Nazir

03.05.2019, 10:37
"Azərbaycan NATO-ya minnətdardır" - Nazir

"Üzvlərinin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinin qorunması baxımından NATO-nun tarixi müvəffəqiyyətləri, SNT ölkələri də daxil olmaqla müxtəlif tərəfdaş dövlətlərin NATO ilə əməkdaşlığının başlıca amillərindən biridir".

Bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Nazir vurğulayıb ki, Alyans təkcə bu prinsipləri dəstəkləməklə kifayətlənmir, həm də Avro-Atlantik təhlükəsizliyin əsası kimi onları siyasi cəhətdən müdafiə edir: "Bu kontekstdə Cənubi Qafqazdakı münaqişələrin həll edilməsi istiqamətində NATO-nun nümayiş etdirdiyi qəti mövqe təqdirəlayiqdir. Azərbaycan da ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə NATO-ya minnətdardır".

Z.Həsənov bildirib ki, Avropa ilə Asiya arasında yerləşən Cənubi Qafqaz, xüsusilə Azərbaycan qlobal enerji bazarında mühüm rol oynayır: "Cənubi Qafqaz Avropanın enerji təhlükəsizliyi baxımından olduqca əhəmiyyətli bir regiondur. Bölgədəki həll olunmamış münaqişələrin mövcudluğu Avropanın təkcə enerji təhlükəsizliyinə deyil, həmçinin sabitliyinə də böyük təhdid təşkil edir. Bu baxımdan, münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Nizamnaməsinin tələblərinə uyğun həll edilməsi beynəlxalq ictimaiyyətin marağındadır".

Şərhlər

Azad Laçınlı 2019-05-03 10:37:20

Azərbaycanın Qarabağın azadlığı da daxil olmaqla ərazisini bütövlüyünün və sərhədlərinin İŞĞALÇIdan birgə müdafiəsinə görə MİNNƏTDARlığı təqdirə layiqdir. İşğala qarşı durmayan NATO Azərbaycan üçün birbaşa siyasi-hərbi və fiziki-iqtisadi təhlükə-itgidir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol