Menu

Həftəsonu ölkədə qızıl-gümüşün qiyməti düşüb

04.05.2019, 00:02
Həftəsonu ölkədə qızıl-gümüşün qiyməti düşüb

 

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, mayın 3-də qızılın qiyməti mayın 2-i ilə müqayisədə 4,8195 manat azalaraq 1 unsiya üçün 2162,196 manat təşkil edib.

Gümüş 0,112 manat ucuzlaşaraq 1 unsiya üçün 24,8664 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 25,6955 manat azalaraq 1446,0625 manat, palladiumun qiyməti isə 21,046 manat artaraq 2303,9505 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol