Menu

Moskvada təyyarənin qəza enişi zamanı ölənlərin sayı açıqlanıb - VİDEO (Yeniləndi)

06.05.2019, 08:25
Moskvada təyyarənin qəza enişi zamanı ölənlərin sayı açıqlanıb - VİDEO (Yeniləndi)

Moskvanın "Şeremetyevo" aeroportunda təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 78 nəfərdən yalnız 37-si sağ qalıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinə istinadən TASS məlumat yayıb.

Sərnişinlərdən 28 nəfərinin taleyi barədə heç bir açıqlama verilmir. Həlak olan 13 sərnişinin yanmış cəsədləri isə təyyarənin arxa hissəsində - alovun alışdığı salonda aşkarlanıb.

***

Mayın 5-də Rusiyanın Murmansk vilayətindən gələn "Aeroflot" aviaşirkətinə məxsus "Sukhoi Superjet 100" (SSJ-100) sərnişin təyyarəsi paytaxt Moskvanın "Şeremetyevo" hava limanına qəza enişini edən zaman yanmağa başlayıb.

"Report" xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 13 nəfər ölüb.

"SU-1492" reysini yerinə yetirən "RA-89098" bort nömrəli "SSJ-100" tipli təyyarə Bakı vaxtı ilə saat 18:50-də havaya qalxıb, lakin ardınca təcili eniş etmək istədiyi bildirib.

Təyyarə yalnız ikinci cəhddə eniş edə bilib. Bu zaman göyərtəsində 73 sərnişin və 5 heyət üzvü olan təyyarə yanmağa başlayıb. Onun quyruq hissəsi tamamilə məhv olub.

Aeroportda operativ qərargah yaradılıb.

Ölkənin İstintaq Komitəsi hava nəqliyyatının istismarı üçün təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədar cinayət işi açıb.

Həmçinin Nəqliyyat Prokurorluğu təyyarənin yanması faktı ilə bağlı yoxlamalara başlayıb.

"Şeremetyevo" hava limanı uçuş-eniş zolağını müvəqqəti olaraq bağlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol