Menu

ANS açılır? - Baş Prokurorluq qərarını verdi

06.05.2019, 14:34
ANS açılır? - Baş Prokurorluq qərarını verdi

“Ramazan ayının başladığı bu mübarək gündə bir şad xəbəri də bölüşmək istəyirəm. Bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz ANS-ə tam bəraət qazandıran məktub aldıq”.

Bunu ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev bildirib.

“Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi! Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan Xalqı və Dövləti, daim bizə etimad göstərən olkəmizin Prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi!

Çingiz demişkən: "Heç kim və heç nə unudulmayacaq!"”, - Vahid Mustafayev vurğulayıb.

Şərhlər

yalçın 2019-05-06 14:34:21

bəlkə tanrı dəftərxanasından bu barədə yazılı cavab-arayış gəlib sizə millətin xəbəri yoxdur?!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol