Menu

Norveç səfirliyi Azərbaycandakı fəaliyyətini dayandırır

07.05.2019, 15:03
Norveç səfirliyi Azərbaycandakı fəaliyyətini dayandırır

Norveçin Azərbaycandakı səfirliyi mayın 16-dan fəaliyyətini dayandırır.

ONA-nın məlumatına görə, bu barədə səfirliyin “facebook” səhifəsində qeyd olunub.

Bildirilir ki, Azərbaycanla əlaqədar məsələlərlə mayın 20-dən Norveçin Ankaradakı Səfirliyi məşğul olacaq.

Xatırladaq ki, ötən ilin noyabrında Norveçin Xarici İşlər Nazirliyi Bakıdakı səfirliyini bağlamağı, əvəzində Gürcüstanda səfirlik açmağı qərara alıb.

Şərhlər

yalçın 2019-05-07 15:03:33

bəlkə də yeganə qalacaq, onlarla başqa səfaləti əvəz edən, azad olmağımıza, ölkəyə, qaçqın-qovqunlarımıza bütün qalan "analoqlarından" 100 qat artıq təmənnasız yardım etmiş əsl qardaş millət elçiliyi.çox pis! bu, bəd xəbərdir millətə, özü də çox..

Elli 2019-05-07 15:03:33

malades.

Əli 2019-05-07 15:03:33

Aya görəsən bu Norveçistan məmləkəti bizim diyarda səfarətxananı nə işə bağladıb? Olmaya bizdə olan analoqsuz inkişafa paxıllıqları tutur? Yoox Mirzə! Onlar nə qədər axtarırlar ki, bizim nazirlər kimi nazir tapıb vəzidfəyə təyin etsinlər, edə bilmirlər, ona görə paxıllıq edirlər! Onların nə Ziyası, nə Fazili, nə nə Misiri, nə Mikayılı, nə Əbülfəzi, nə Poladı, nə Samiri, nə Elmanı, nə H. Əsədovu, nə Ceyhunu və s. yoxdur. Bəlkə 1-2-sin ora ezam edək?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol