Menu

"Azərbaycanda 20 mindən çox gənc müəllim işə qəbul olunub" - NAZİR

07.05.2019, 15:56
"Azərbaycanda 20 mindən çox gənc müəllim işə qəbul olunub"  - NAZİR

"Son illərdə “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın icrasının təmin edilməsi istiqamətində keçirilmiş kompleks tədbirlər nəticəsində müəllimlik peşəsinə maraq əhəmiyyətli dərəcədə artıb".

ONA-nın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, ötən il 500-dən çox bal toplayan abituriyentlər arasında müəllimlik ixtisasını 2090 nəfər seçib.

Nazir qeyd edib ki, müəllimlərin işə qəbul müsabiqəsində iştirak edənlərin sayı son 5 ildə 3 dəfədən çox artıb: "Son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol