Menu

Dövlət Miqrasiya Xidmətinin vəzifələri artırılıb

07.05.2019, 18:11
Dövlət Miqrasiya Xidmətinin vəzifələri artırılıb

Dövlət Miqrasiya Xidmətinin vəzifələri artırılıb.

ONA-nın məlumatına görə, bu, bu gün Prezidentin fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Əsasnamənin 9.21-ci bəndinə edilən dəyişikliyə əsasən, Dövlət Miqrasiya Xidmətinin səlahiyyətinə aid olan işlərlə bağlı mərkəzləşdirilmiş uçot sistemlərini təşkil etmək, o cümlədən miqrasiya sahəsində vahid informasiya sistemini yaratmaq və tətbiq etmək, onun “Lisenziyalar və icazələr” portalına, Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə inteqrasiyasını təmin etmək Dövlət Miqrasiya Xidmətinin vəzifələri siyahısına əlavə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol