"Mən Məşğulluq İdarəsinin vasitəsilə Qazax Magistral Qaz Kəmərləri Sahəsi Qaz İxrac İdarəsində xidməti müqavilə ilə fərdi sahibkar kimi işləyirəm. Ailəm 5 nəfərdən ibarətdir, cəmi 250 manat maaş alıram. Təbii ki, bu maaş məni qane etmir". Məhəmməd Qasımov "AzPolitika.info"ya göndərdiyi şikayət məktubunda belə yazır.
Məktubda daha sonra bildirilib: "İşsizliyin aradan qaldırılması məqsədilə işlə təmin olunmuşam. Amma yarımçıq iş. Aldığım maaşla əlaqədar qanun pozuntuları haqqında baş idarədən yoxlama kimi gələn yuxarı vəzifəli nümayəndələrə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Əmək Müfəttişliyinə şikayətlər etmişəm. Ancaq mənim şikayətlərimə baxmırlar.
Səbəb də onu göstərirlər ki, siz xidməti müqavilə ilə işləyirsiniz. Bizim işimizə nəzarət edənlərə üzümü tuturam: mənim müqaviləmin əmək müqaviləsinə dəyişdirilməsinə və maaşımın yüksəlməsinə köməklik göstərəsiniz.
Mən 2016-cı ildən işləyirəm. Vergi ödəyicisi kimi VÖEN açdılar, xidməti müqavilə ilə işə götürdülər. Bu nə dərəcədə doğrudur? Müqaviləmdə 276 manat aklad maaş göstərildi. Sosial sığorta, vergi, bank xərcləri çıxdıqdan sonra karta 250 manat köçürüldü.
Bu pulu da çıxartmaq mümkün deyil. Çünki sadələşdirilmiş vergi adı ilə 2 manat 50 qəpik tuturlar. 2018-ci ilin axırı müqaviləni təzələyəndə akladı 288 manat 20 qəpik etdilər. Yəni 12 manat 20 qəpik artım oldu. Bu da bizim xeyrimizə yox, öz xərcləri üçün. ASAN Xidmətlə, "Asan imza" ilə əlaqədar müqavilə bağladıq. 2 manat 50 qəpik də buna çıxıldı.
Minumum əmək haqqı 130 manatdan 180 manata qalxanda sosial sığorta hər ay bizdən tutulan 15 manat 60 qəpiyi 21 manat 60 qəpik etdi. Yəni, bizə heç bir xeyri olmadı. Üstəlik, aldığımız puldan da 6 manat kəsdilər. Mənim bu qədər xırdalıqları yazmağımın məqsədi budur ki, bu sahədə necə özbaşınalıqlar edildiyini biləsiniz. Görün, maaşımızın üzərində necə oyunlar oynanılır. Yuxarıda oturan qurumların bu məsələlərlə ciddi məşğul olmalarını xahiş və tələb edirəm. Bir azərbaycanlı kimi yaxşı maaş almaq, öz ailəmlə yaxşı yaşamaq mənum də haqqımdır. Diqqətinizə görə sağ olun".


Şərhlər
Hormetli Azpolitika saytin rahbari AZNEFTKIMYAMASHin emekdashi kimi SABAYIL MASHINQAYIRMA z-d emekdashlari adindan faktlara esasen yazdiqlarimi xahish ediram olduqu kimi derc edesiniz.Burda hec bir qanunsuzluq va tahqir yoxdur.Onsuz da faktlar ham senedler uzerinde,ham de video-foto cakilishler.
Xahish edirik bundan once yazdiqimizi darc edesiniz
davamı-Belə çıxır ki,harınlaşmış Əli İsmayılov haqlıdır.Əli ismayılov demişkən =nə dövlət var,nə prezident,nə də prokuror orqanları=
davamı- dəhşətlisi odur ki,Əli İsmayılov z-dun ARXİV sənədlərini fəhlələrin gözü önündə yandırdı.Hansı ki,ARXİV sənədlər ən azından 25-45-55-75 il ya z-dun arxivində,ya da AZNEFTKİMYAMAŞIN arxivində saxlanılmalıdır,ya da DÖVLƏT ARXİVİNƏ təhvil verilməlidir.
Üzümüzü tuturuq PA,NK,Res.Prokuroruna,DTX-niyə Sizlər bu qədər qanunsuzluqla məşqul olan,vətənin sərvətini,əmlakını satan,z- dəzgahlarını xammalı satıb milyardlara sahib olan Əli İsmayılov haqqlnda ciddi tədbir gormursuz?
davamı-Bu dovlətin,bu z-dun prezidenti mənəm.Hara getsəniz də xeyiri yoxdur.Pul elə şeydir ki,bağlı qapını açır,hürənin və gəlib gedənin ağzını bağlayır.Siz gözəl bilirsiz ki,nə DÖVLƏT VAR NƏ DƏ PROKUROR=
Əli ismayılov fəhlələrin gözü önundə z-dun bütün əmlakını satdışHeç kim gəlib soruşmadı ki,bu qədər dəzgah və əmlakı niyə satırsan və hara aparırsan.
Hörmətli saytın rəhbəri Biz z-d kollektivi bunun axırına çıxacaqıq.Əlimizdə hər cürə sübut və faktlar var.
Bu heç olmasa toya getməlidir.Azneftkimyamaşın nəzdində olan SƏBAYIL MAŞINQAYIRMA z-dda 35 ildən yuxarı işləyirəm.Ulu öndər heydər əliyevin dövründən bəri mütəammadi olaraq maaşlar qalxır.Ancaq bu z-da heç vaxt maaş artmayıb.Hətta kollektiv yığışıb NK şikayətə də getdik.Xeyri olmadı.Daha sonra kollektiv adından z- direktoru harınlaşan Əli İsmayılova yazılı müraciət etdik.Yenə də alınmadı.Direktorun yeganə cavabı bu oldu=2 barmaq arasını biz fəhlələrə göstərərək hara getsəniz də xeyiri yoxdur.Bu dövlətin