Menu

“MUSABƏYOV MƏNTİQSİZ VƏ ƏQİDƏSİZ ADAMDIR...” - "Hər kəs öz zatını biruzə verir"

08.05.2019, 21:29
“MUSABƏYOV MƏNTİQSİZ VƏ ƏQİDƏSİZ ADAMDIR...” - "Hər kəs öz zatını biruzə verir"

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Milli Məclisin deputatı Rasim Musabəyovun Bakıda yeraltı keçiddə popkorn satan uşağı "həyasız" adlandırması və onun vergi ödəməyini tələb etməsinə sərt reaksiya verib.

S.Cəlaloğlu Demokrat.az-a açıqlamasında bildirib ki, həmin uşaq öz zəhmətilə halal pul qazandığı üçün hökumət ona heykəl qoymalıdır: "Əgər küçədə hansısa uşaq qarğıdalı, salfet və yaxud gül satırsa, bunun günahı həmin uşaqda deyil. Bunun günahı uşaqpulunu verməyən hökumətdədir ki, bu cür adamları öz himayəsi altına almır. Əgər bu uşaqlara dövlət tərəfindən lazımı maddi təminat göstərilsəydi, o zaman həmin uşaqlar gedib təhsilləri ilə məşğul olardılar. Əksinə, həmin uşaq gedib oğurluq etsəydi, bu zaman onu qınamaq olardı. Ancaq qarğıdalı satdığına görə hər hansı deputatın bu uşağı qınamağa haqqı çatmır. Bəlkə də həmin uşaq özünə kitab-dəftər almaq üçün bu cür halal yolla pul qazanır. Ona görə də sözügedən uşağa abidə qoymaq lazımdır. Mənim üçün bu uşaq Rasim Musabəyovdan daha çox qiymətli və Vətənə faydalıdır. Saxta mandat alan bu cür insanların millətimizə yuxarıdan aşağı baxmasında da təəccüblü nə isə görmürəm. Çünki Rasim Musabəyov həqiq millət vəkili olsaydı, o zaman millətimizin bütün problemlərini başa düşərdi, o uşağın qarğıdalı satmasına qarşı vergi tələb etməzdi. Əksinə, məsələ qaldırardı ki, dövlət həmin uşaqlara sahib çıxsın, onların təhsil alması üçün lazımı addımlar atılsın. Normalda dövlət bu cür uşaqlara yardım etməlidir ki, onlar da gedib yaxşı təhsil alsınlar. Rasim Musabəyov, axı bu uşağın nə günahı var ki, onu təhqir edirsən?".

Partiya sədri Rasim Musabəyovu Azərbaycan xalqını parçalamaqda ittiham edib: "Xalqı kəndli və şəhərliyə bölmək, halal zəhmətlə pul qazanan insanları təhqir edib alçaltmaq milləti parçalamağa və milli həmrəyliyə zərbə vurmağa hesablanıb. Rasim Musabəyov bilməlidir ki, Azərbaycan elminin əsas daşıyıcıları kəndlərdən çıxmış insanlardır. Bu, bütün dünyada belədir. Çünki kəndlər şəhərlərin urbanizasıyasından kənarda qaldığı üçün oradan daha çox milli dəyərlərə malik olan ziyalı və görkəmli şəxslər çıxır".

S.Cəlaloğlu qeyd edib ki, Rasim Musabəyov əqidəsiz adamdır: "O, vaxtilə Müsavat partiyasında təmsil olunurdu. Sonra hökumət ona şirnikləndirici təkliflər edən kimi dərhal əqidəsini dəyişdi və hakimiyyətin tərəfinə keçdi. Digər tərəfdən isə hər kəs öz zatını biruzə verir. Bilirsiniz ki, bu adam Musabəyov ailəsinin üzvüdür. Musabəyovlar isə müstəqil Azərbaycanın süqut etməsində və yenidən rus imperiyası tərkibinə daxil edilməsində müstəsna xidmətlər göstərib. Yəni, Rasim Musabəyov mənsub olduğu tayfanın əqidəsinin daşıyıcısıdır. Bu adam milli təfəkkürdən uzaq olan şəxsdir. Rasim Musabəyov öz ana dilində danışmağı bacarmayan, məntiqsiz, əqidəsiz, mövqeyini dəyişən adamdır".

Şərhlər

Kamran 2019-05-08 21:29:56

Rasim Musabekovdan yaza bilən də yazır,yaza bilməyən də...

murad 2019-05-08 21:29:56

ABBAS ZAMANOVUN ÇÖREYİ TUTACAQ SENİ RASİMÇİK.YAXŞI-YAXŞI OTUR BİR DÜŞÜN HEREKETLERİNE VƏ DANIŞIĞINA FİKİR VER RASİMÇİK.EVDEKİLER SENİ DANLAYACAQ

Suala əlavə 2019-05-08 21:29:56

Mollazadəni niyə yaddan çıxardın.Axı o da mwsavatğa da imkan verilmir.ın öndə gedənlərindən idi.İndi haradadır.Bunlar sübut etirmi ki, indiki müsavat o müsavat deyil.Əməliyyatdan sonra əmələ gəlib.İstəyəndə müsavat edirlər,lazım olanda YAP olur.Ona görədir ki, Azərbaycanda əsl müxalifət yoxdur və yaranmağa da imkan verilmir(həbs,cərimə ).Tək Musabəyov olsa nə var ki? Guya Artur Rəsizadə,Elmar Azərbaycanca səlist danışa bilir?

Geber 2019-05-08 21:29:56

Məhəmməd qeybəti yəni canli KİV sarafan radiosunu haran saymaqda məqsədi : ilk növbədə yaratdiqi sosial cəmiyyətin dayaqlarinin qorunmasi idi baxmayaraq , ki qinaq mənbəyi də aşkarlanmamiş qalsa da belə , sosial nifrəti cilovlamaq , qarindan da irəli olunmalidir. Nə olsun , ki hami Sərdar bəyin yazdiqini bəyənir . koomentlərə baxin , bəyənmənin arxasinda hər şeyə və hər nəyə nifrətini bir daha canlandirir . Düzdür bilirəm , ki bizlər ücün sosial ğiğiyena kübarliqini itirib , nə isə , bəlkə şans olar

Turançı 2019-05-08 21:29:56

Bəli Sərdar bəy tamamilə çox düzgün təhlilini verir.Bəli həmin yeniyetmə gələcəyin əsgəri və xalqın da gələcəyidir.Rasim kimiləri isə xalqdan uzaq sırf özlərini fikirləşənlərdəndir.Elə ona görə də bu gündəyik.Dövlət dilimizi bilməyənlər parlamentdə yer tutanlardan nə gözləmək olar.Burda bir vətəndaş vurğulayır ki,Müsavat partiyası haqqında fikir qeyd edibdir.Bunu nəzərə alın ki,partiya xalqı məcburi öz sıralarına üzv etmir.Müsavat partiyası demokratik siyasi bir qürumdur istənilən vətəndaş üzv ola bilər.

emin 2019-05-08 21:29:56

Sual kimdi bilmirəm amma düz yazır. Bu günlər millətin səsi saytının baş yazarı Talib əhədovunda başına torba kecirib apariblar. ediyinə görə bu məsələnin arxasında DİN durur. Nrcə maşından aparıblarsa bir necə saat dindirb gətirib qoyublar binuş halda öz Pradosuna.İnanmırsız. Məndə inanmıram bu gercəklik dəyilsə ondan soruşa bilmirsizmi?

Mikayıi 2019-05-08 21:29:56

Sərdar bəy əgər düşünürsə ki,siyahi deputatlardan təkcə Musabəyov belədir,onda onun rəyinin dəyəri yoxdur.Millət seçməyən,millətə saxtakarlıqla sırınan, deputat olduqları müddtdə millətin heç bir işinə yaramayan "deputatların" ( monopolisi, biznesmen, rüşvətxorların) Musabəyovdan nə fərqi var? Ona görə yersiz çıxışdır.
Sərdar bəy niyə obyektivlikdən çəkinir?

Elmar 2019-05-08 21:29:56

Musabəyov (indiki Yasamal)qəsəbəsinin adı niyə dəyişildi? Elə bu da onlardandır da! Bəs necə deputat ediblər? Düz edir də! Belə qeyri müəyyən məmləkətdə belə şeylər olar.Ancaq nəzərə alınmalıdır ki, xalq qanmaz deyil.Sadəcə...

Mirzə AĞ 2019-05-08 21:29:56

Allah məntiqli əqidəsiz adamlardan saxlasın!

sual 2019-05-08 21:29:56

Sərdar bəy dediklərinizdən belə anlamaq olurmu ki, Musavatcıların əksəriyyəti elə Rasim kimilərdi. Nədəb tək bir Rasimin adını cəkdiz? Bəs digər musavatcılar necə? Hansı ki əqidələrini pula-vara, dəbdəbəli yaşayışa satmadılarmı?İnsan huquqlarından danışırsız. Gündə bir jurnalistın başına min bir oyun acırlar. Bəs bunlar necə? Hec kim həqiqətə yaxın dura bilmir.Olduğunu yazmaqdan belə həyat təhlukəsinə görə qorxmurmu?

Elli 2019-05-08 21:29:56

Düzgün və yerində yazılmış yazıdır!

Qedim atalar sozu 2019-05-08 21:29:56

... insandan her cur ....gozlemek olar.

Sabina 2019-05-08 21:29:56

Rasim Musabeyov milli tefekkurden uzag olan bir insandir, hemde ki Tamerlan Qarayev kimi garanlig ve egidesiz insanin yaxin gohumu

Bəstəkar 2019-05-08 21:29:56

Musabəyov müəllimin sevdiyi dildə ona məhşur bir mahnının sözləri ilə müraciət:"Ты покинул берег свой родной,А к другому так и не пристал"

EJDER 2019-05-08 21:29:56

NEJE DEYERLER,...AY BELE EVLAD,SENIN ...ZATINA LEHNET SENIN.ELA TEHLILDI

Azer 2019-05-08 21:29:56

Heqiqi cox eqidesiz adamdir

Mehdi 2019-05-08 21:29:56

Deputat olmamisdan qabaq yene bir az babat adam olurlar bezileri.Eleki deputat teyin edlildiler vessalam,olurlar anormal bir seyler.

tağı 2019-05-08 21:29:56

Çox sağ olun Sərdar bəy ..Çox tutarlı,məntiqli cavaba görə..

Bashirov Qarib 2019-05-08 21:29:56

Sərdar bəy heç bir təhrifə yol vermədən butun yarlıqları oturtdu yerində.Bunların sərt cavabı verilməsə özlərini muhum bir persona sayarlar.Uşaqlar yaşamaq ugrunda çalışırlar.

t.ədalət 2019-05-08 21:29:56

Azərbaycanın XİN-i Elmar Məmmədyarovla eyni xarakterə malikdirlər.Milli dəyərlərdən uzaq olan,əslində Azərbaycan üçün gərəksiz adamlardırlar.

Əntiqə Qurbanova 2019-05-08 21:29:56

Rasim Musabəyov gərək babasının aqibətini unutmasın...

umid 2019-05-08 21:29:56

bu adam bir sifetine baxin da ondan ne se medeni bir sey gozlemeye deyer

Aslan Gasimov 2019-05-08 21:29:56

Bir Adam ki,dogma dilinde yaza bilmir elelerin Azerbaycanda no Ishi var??

fikrət 2019-05-08 21:29:56

qəssab oqlu qəssab olar ,neftci oqlu neftci olar satqin oqlu satqin olar

Müəllimə 2019-05-08 21:29:56

Biabırçılıq...dogurdanda toxun acdan nə xəbəri.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol