Pyotr Poroşenkonun ölkədən didərgin saldığı yəhudi əsilli oliqarx İqor Kolomoyski son günlər Ukraynanın gələcəyi və yeni kadr təyinatları ilə bağlı açıqlamalar verməyə başlayıb.
“AzPolitika.info” xəbər verir ki, İsraildə məskunlaşan və Ukraynaya dönmək üçün Vladimir Zelenskinin andiçmə mərasimini gözləyən oliqarx gələcəklə bağlı proqnozlarını söyləyib.
Kolomoyski ilk olaraq, gələcək baş nazirin hazırkı daxili işlər naziri, erməni əsili Arsen Avakovun təyin edilməsini məqsədəuyğun saydığını deyib. O, hesab edir ki, parlamentdəki siyasi qüvvələr prezidentlə bu namizədlə bağlı kompromisə gələ bilərlər. Kolomoyski hesab edir ki, Avakov ölkədəki siyasi qüvvələri balanslaşdıra bilər.
Xatırladaq ki, Avakov hökumətdə nazir postu daşısa da, P.Poroşenko ilə münasibətləri soyuq olub. Hətta erməni nazirin oğluna qarşı korrupsiya itihamı ilə cinayət işi də qaldırılmışdı və Avakov hesab edirdi ki, bu iş Poroşenkonun sifarişi əsasında təşkil olunub.
Kolomoyskinin daha bir açıqlaması isə Ukraynanın ən varlı adamı sayılan tatar əsilli Renat Axmetovun gələcəyi ilə bağlı olub. O, hesab edir ki, Axmetov Ukraynanın enerji sektorundakı monopoliyası sayəsində ədalətsiz şəkildə külli miqdarda gəlir əldə edir. Kolomoyski deyib ki, yaxın gələcəkdə 4.6 milyard dollarlıq varidatı olan Axmetovun enerji sektorundakı biznesdən uzaqlaşdırılacağını və bundan ciddi ziyan görəcəyini düşünür.
Özünü oliqarx hesab etmədiyini deyən İ.Kolomoyski jurnalistlərin “yeni prezident bütün oliqarxlara qarşı eyni qaydaları tətbiq etməlidirmi” sualına “xeyr” deyə cavab verib.
Xatırladaq ki, yeni seçilən prezident Vladimir Zelenski uzun illər Kolomoyskiyə aid telekanalda çalışıb və həmin kanalda 15 faizlik paya sahibdir. Ukraynada çoxları, xüsusilə də Zelenskinin siyasi rəqibləri onu Kolomoyskinin əlaltısı hesab edirlər. Oliqarxın öz rəsmi statusu ilə heç cür uzlaşmayan son iddialı açıqlamaları isə bir növ bu fikirləri təsdiqləmiş olur.
“AzPolitika”


Şərhlər
Zelenski olduqca guclu prezident olacaq.Açıq və tam demokratik seçkidə əzici ustunluklə seçilən prezident kiminsə əlaltısı, zəif ola bilməz. O yaxşı anlayır ki, arxasında xalq var.Odur ki,N.Paşinyan kimi hamını məcbur edəcək ki,onun iradəsinə tabe olsunlar. O,Putinə də meydan oxuyacaq və onu da bitirəcək.Xalq iradəsini özundə birləşdirən prezidentin qarşısında heç kim duruş gətirə bilməz.Demokratik seçkilərin gucu ,məhz budur.
нет смысла спорит с человекам настолька тупым , что он даже не видит,что аваков способен как армянин обноруживает и удовлетваряя личные вкусы любого начальсва тем самым не заметно разрущает такой большой государсто
r.axmetov tatar deyil, yəhudidir..soyadına baxmayın..
Cox boyuk sehv fikirdir..zelinski musteqildir.tehminen nikol kimi..yeni hec kime qulaq asmayan ,musteqil addimlar atan birisidir...tam aciq ve edaletli seckide qalib olub..olkeni nece idare edeceyini zaman gosterecek..pis idareci olsa ukrayna xalqi basqa prezident secer..onlarda yeqinki prezdent olmaga laiq insanlar coxdur..eger sehv qerarlar vererse hec bir kolomoyski onu qoruya bilmez..kolomoyski ozude oqressora qarsi doyusub..ve ozu qubernator oldugu vilaeti dusmenden qoruya bilib