Menu

"Bu meyarlar isə beynəlxalq təcrübəyə uyğun gəlmir..." - Nazir

14.05.2019, 14:02
"Bu meyarlar isə beynəlxalq təcrübəyə uyğun gəlmir..." - Nazir

"Azərbaycanda əlilliyin təyin edilməsi meyarları beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq".

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bu günədək Sovet İttifaqı dönəmindən qalan I, II və III qruplar üzrə əlillik meyarları mövcud idi: "Bu meyarlar isə beynəlxalq təcrübəyə uyğun gəlmir. Hazırlanan meyarlar 1000-dən artıq xəstəliyi əhatə edir. Həmin xəstəliyin 6-7 kriteriya üzrə təsir faizi müəyyən edilir. Bunun əsasında vətəndaşın xəstəliyinin həyata təsir faizi ölçülərək onun əlilik dərəcəsi müəyyən ediləcək".

S.Babayev bildirib ki, bu kriteriyalar həm Səhiyyə, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həkimləri tərəfindən birgə hazırlanıb: "Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ekspertiza edilib. Yaxın günlərdə qanunvericilik paketi Milli Məclisə təqdim ediləcək".

Şərhlər

Ehtiram Səmədov 2019-05-14 14:02:19

Hörmətli nazir,nəzərinizə çatdırmaq istəyirəm ki,mən 19.02.2013-cü il tarixindən ağır formada şəkərli diabet diaqnozu ilə 2-ci qrup əliliklə pensiyaya çıxmışam.2017-ci ulin iyul ayının 13-də mədə xərçəngibdən əməliyyat olunmuşam.Əməliyyat zamanı öd kisəm bə mədəm tamamilə götrulmüş,qida borusunun üçdə bir hissəsi rezeksiya olunaraq anastomoz qoyulmuşdur.İş qabiliyyətimi tamam itirmişəm.2018-ci ilin sentyabrın 28-də yenidən əməliyyat olunmuşam.Bu vaxta qədər 12 kimyaterapiya,25 şua terapiyası almışam.

Ehtiram Səmədov (davamı) 2019-05-14 14:02:19

Hal-hazırda MOM-da müalicə aliram.Bunu nəzərə alaraq,Sumqayıt şəhər 1 saylı polikilinkanın rəhbərliyi,sənədlərimi hazırlayıb birinci qrup əlillik dərəcəsinin verilməsi üçün sizin tabeliyiyinizdə olan TSEK-na göndərdi.Çox təəssüflər olsun ki,belə ağır xəstəliklə və eyni zamanda iki orqanın tamamilə olmamasına,birinin isə üçdə birinin kəsilməsinə baxmayaraq TSEK mənə ikinçi qrup müddətsiz əlillik dərəcəsi təyin edib.Sizdən xahiş edirəm bu haqsızlığın aradan qaldırasınız.Mənim tel.nömrəm 050-327-17-40

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol