Menu

Göyçayda 24 yaşlı oğlan sirkə turşusu içib

17.05.2019, 23:20
Göyçayda 24 yaşlı oğlan sirkə turşusu içib

Göyçayda gənc oğlan sirkə turşusundan zəhərlənib.

Trend-in məlumatına görə, hadisə Göyçay şəhəri, Seyid Əzim Şirvani küçəsi, 3 saylı evdə qeydə alınıb.

Həmin evdə yaşayan, 1995-ci il təvəllüdlü Əbilov Məhəmməd Sahil oğlu ailə münaqişəsi zəminində əsəbiləşərək sirkə turşusu içib.

M.Əbilov təcili xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol