Menu

Yığmamız Gürcüstana qalib gəlib

18.05.2019, 11:51
Yığmamız Gürcüstana qalib gəlib

Voleybol üzrə Azərbaycan milli komandaları yoxlama görüşləri keçiriblər.

ONA-nın məlumatına görə, təmsilçilərimiz Bakıda təlim-məşq toplanışında olan Gürcüstan yığmaları ilə qarşılaşıblar.

Belə ki, qadınlardan ibarət komandamız gürcüləri yoxlama oyununda 4:0 hesabı ilə məğlub ediblər. Kişilərdən ibarət millimiz isə Gürcüstana 3:0 hesabı ilə qalib gəlib.

Komandalar arasında daha bir sınaq görüşü də nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol