Menu

Oğuzda qadın intihar edib

20.05.2019, 19:11
Oğuzda qadın intihar edib

Oğuz rayonunda intihar hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan qadın özünü asaraq intihar edib. Meyit müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anotomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol