Zelenski  Trampdan ilk "ismarış"ı aldı - Rik Perri

«AzPolitika.info»-nun Ukrayna KİV-ə istinadla verdiyi xəbərə görə, inauqurasiya mərsimində iştrak etmək üçün gəlmiş energetika naziri Rik Perri Ali Radanın kuluarlarında bildirib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) rəhbərliyi vəzifəsinin icrasına başlayan Vladimir Zelenski ilə əməkdaşlığa hazırdır («UNN»).

«ABŞ Ukrayna xalqını dəstəkləməkdə davam edəcək. Biz, müstəqilliyin müdafiəsi, azadlığa can atılması və bunun ən parlaq nümayişlərindən biri olan azad iqtisadiyyat uğrunda mübarizədə onunla birlikdə olacağıq» - amerikalı nazir bildirib.

Onun sözlərinə görə, ABŞ lideri Donald Tramp ukraynalılara çatdırmağı xahiş edib ki, «gələcəklə işıqlı günlər görmək üçün» yeni prezidentlə və parlamentlə birgə işləməyi səbirsizliklə gözləyir.

Perri Zelenskinin inuaqurasiyadakı çıxışını «çox güclü» adlandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar