"Bu ölkənin bir vətəndaşı kimi, Sizlərdən Sabunçu rayon prokuroru Ceyhun Şirinovun mənə məxsus evi boşaltması üçün köməklik etmənizi xahiş edirəm". Bu cümlə 6 ildir mənzili əlindən alındığı üçün ailəsilə birlikdə kirayədə yaşamağa məcbur olan İsmayıllı rayon sakini Səfər Soltanovun Prezidenti İlham Əliyevə və Birinci vitse- Prezident Mehriban xanım Əliyevaya ünvanladığı məktubdan götürülüb. Məktubun surəti Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazir Novruz Məmmədov, Baş prokuror Zakir Qaralov, Bakı şəhər prokuroru İlqar Abbasovla yanaşı "AzPolitika.info"-ya da göndərilib.

Ancaq mən evi alarkən Oleq Lixovsenin ölümü ilə bağlı mənzildə araşdırma hələ başa çatmamışdı. Evi mənə satan ailə üzvləri isə Rusiyada Rostov şəhərində yaşadıqlarından, araşdırmanın qurtarmasını gözləyə bilməyəcəklərini bildirdilər. Ona görə də qanuni şəkildə alqı-satqını edib, pullarını alıb Rusiyaya geri döndülər".

Səfər Soltanov şikayətlərinin də nəticə vermədiyini bildirir: "Cənab Prezident! Mən artıq bütün orqanlara öz şikayətimi çatdırmışam. Baş Prokurorluqda bu işlə bağlı araşdırma aparılır. Mən evi qanuni şəkildə, alqı-satqı müqaviləsi ilə almışam. Bütün sənədləri də Baş Prokurorluğa təqdim etmişəm. Evə məxsus sənədlər tam olaraq qaydasındadır. Nəzərinizə çatdırıram ki, bu məsələləri qabardandan sonra Ceyhun Şirinov şikayət etdiyimi görərək, evə yerləşdirdiyi adamları bir tərəfdə saxlayıb, başladı şəhid ailəsinin adından istifadə etməyə. Baş Prokurorluqda araşdırma başlayarkən, Ceyhun Şirinov o mənzildəki adamlarla heç bir əlaqəsinin olmadığını və onları tanımadığını deyirdi. Lakin mən onunla telefon danışığımı Baş Prokurorluğa təqdim etdikdən sonra o, artıq boyun qaçıra bilmədi. Bu dəfə "mən şəhid ailəsinə kömək etmişəm" deyərək özünü belə bir şəkildə sığortalamağa başladı. Adından istifadə etdiyi ailə isə onun yaxın qohumunun evində qeydiyyatdadır".

Sonda Səfər Soltanov ölkə rəhbərindən qanuni mənzilinin geri qaytarılması üçün kömək istəyir: "Cənab Prezident! Sizlər gecənizi gündüzə qataraq hər kəsin qanunlara hörmət etdiyi bir dövlət qurursız. Ancaq Ceyhun Şirinov kimi vəzifə sahibləri bu cür əməllərilə buna kölgə salırlar. Şəhid ailəsinin adından yararlanaraq, vətəndaşın mülkünü zəbt edirlər.
Cənab Prezident! Prokuror Ceyhun Şirinova bir neçə dəfə əlaqə saxlamışam. Deyir ki, mən rayonun prokuroruyam, nə bacarırsan elə. Ona rəhbərinə şikayət edəcəyilə bağlı xəbərdarlığıma isə "kimə istəyirsən şikayət et” cavabını verdi. Mən artıq neçə ildir kirayə pulu ödəyirəm, buna imkanım da çatmır. Eviminin Ceyhun Şirinovun istilasından azad edilməsini və onun barəsində tədbir görülməsini xahiş edirəm".
Qeyd edək ki, Azərbaycanda məmurların vətəndaşlara məxsus əmlakları, biznes obyektlərini ələ keçirməsi hallarına rast gəlinib. Ancaq vətəndaşın qanuni evinin əlindən alınması faktına indiyədək rast gəlinməyib. Kimliyindən və məqsədindən asılı olmayaraq, vətəndaşın evinin zəbt edilməsi yolverilməzdir. Bu cür halların qarşısı alınmazsa, çox ağır nəticələrə səbəb olar.
Şikayətdəki iddialarla bağlı Ceyhun Şirinovla bir neçə dəfə əlaqə saxlamağa çalışsaq da, katibəsi onun məşğul olduğunu bildirdi. Bununla belə istənilən vaxt Ceyhun Şirinovun da mövqeyini işıqlandırmağa hazırıq.
Rasim
AzPolitika.info


Şərhlər
Bu yazılanlar ag yalandı böhdandı Ceyhun Şirinov yetimlere ell tutan kasıblara el tutan arxa duran bir insandı tek mene yox tandıgım bir neçe nefere el tutub kömeklik edib bırda yalan böhtan yazmayın
Salam təssüflər olsun ki bu ceyhun cox hörmətli birisinin adından hər yerdə istifadə edir mən əminəm ki o hörmətli dövlət adamı bunu tanımır və belə birisinə arxada olmaz ... ceyhun sabuncuda kimsəsiz ölənlərin 21 mənzilin zəbt edib tanış tunuşlarına verib mən əminəm ki haqq ədalət öz yerin tapacaq bu gün ölkə başcımız cənab prezidentimiz xalqın icində xidmət aparır deyir ki məmurlar xalqa xidmət etməlidirlər təssüf olsun ki ceyhun şirinov qanun tanımır...
bu ceyhun şirinov cox hörmətli Fuad müəllimin adından istifadə edir Fuad müəllim dünyasında kiminsə əmlakın əlindən almaz ona görə ki fuad m bu ceyhun kimi .... döyül o cox hörmətli Murtuz Ələsgərovun oğludur ar olsun ceyhuna utansın xəcalət cəksin
Mənim əmlakımı da Fuad Ələsgərovun tapşırığı ilə əlimdən almağa çalışırlar. İşi məhşərə saxlamayacağam. sən də saxlama.
Bu ceyhun şirinov onun-bunun mülkinü, torpağını,əmlakını əlindən alır vəzifəsindən istifadə edərək .... deyilənə görə heç kim BUNA SÖZ DEYƏ BİLMİR CƏKİNİR