Dövlət Gömrük Komitəsi (DGK) və Azərpoçt elektron –ticarət yolu ilə sifariş olunan malların vətəndşlara çatdırılması üçün hələ də normal bir sistem qura bilməyiblər.
Bunu IT üzrə ekpert Osman Gündüz deyir.
O.Gündüz deyir ki, bu qədər resurslara malik olan hər iki qurum üçün bu çox utancverici bir haldır: “Dünən bir daha bu qurumların iş metodları və şəraiti ilə tanış oldum. Görük rüsumu ödənilməsinə ehtiyac olmayan, şəxsi məqsədlər üçün gətirilən bağlamanı da almaq üçün gərək mütləq məşhur Poçt Daşıma Mərkəzinə, Droqal 702 ünvanına baş çəkəsən. Gömrük Postu da burada yerləşir.”
Gömrük rəsmiləri bildirirlər ki, bəzən malın dəyəri ilə bağlı bağlamanın üstündə qeyd edilən rəqəmlə bağlamadan çıxan malın dəyəri üst-üstə düşmür: “Bəzən isə bəyannamələrdə qeyd olunan mallar və içərisindən çıxanlar fərqli olur.
Məhz bu səbəbdən də gömrükçülər kütləvi olaraq bütün bağlamaları açıb yoxlamaq məcburiyyətindədirlər. Anlaşılmaz situasiyadır. Əgər kimsə , hansısa bir vətəndaş və ya göndərən şirkət qəsdən malın dəyərini aşağı qeyd edirsə gərək bütün vətəndaşlar əziyyət çəksin.
Şəxsi məqsədlər üçün gətirilən adi bir əşyanı da poçt nə üçün DGK-ya yönləndirməlidir, anlaşılmazdır.
Əgər Azerpoçt kütləvi olaraq göndərişləri DGK-ya verəcəksə, vətəndaşlar da bağlamanı gedib Gömrük postundan alacaqsa onda ümumiyyətlə Azərpoçta nə ehtiyac var?
Düşünürəm ki, doğru bir yanaşma deyil. DGK və Azerpoçt normal, şəffaf bir sistem qurmalıdırlar.
DGK şəxsi məqsədlər üçün gətirilən malların asan və rahat formada əldə edilməsi üçün onlayn imkanlar yaratmalıdır.
Kommersiya məqsədi ilə gətirilən malların aşkara çıxarılması üçün indiyədək də normal bir mexanizmin yaradılmaması təəssüf doğurur.”
Xatırladaq ki, buradakı gömrük qurumunun əvvəlki rəhbərliyi və bir neçə əməkdaşı da korrupsiyaya qarşı mübarizə qurumu tərəfindən saxlanılmışdı. İstintaqın nəticəsi haqqında məlumat verilməyib.


Şərhlər
Azərpoçtda inkişaf olmaq istəyiriksə, birinci növbədə Baş diektordan tutmuş - şöbə rəislərinə kimi təmizləmə işləri aparılmalıdır....... Onların yerinə peşəkar rabitəçilər təyin olunmalıdır. Yoxsa heç bir inkişafdan söhbət gedə bilməz, islahat aparılsada formal xarakter daşıyacaqdır...Azərpoçt çox çeşidli, mürəkkəb bir xidmət sahəsi olmasına baxmayaraq,həmin sahəni qeyri peşəkar kadrlar idarə edir. Ona görədə Azərpoçt can verir....İqtisadiyyatımızın inkişafı naminə təcili tədbirlər görülməlidir.....?
Rabitə dövlətin bel sütunudur.SSRİ dönəmində hər kadrı Rabitəyə işə qəbul etmirdilər ? Rabitəyə məsuliyyəti dərk edən,dövlətini, xalqını və Rəhbərini qəlbən sevən insanları yoxlayıb işə dəvət edərdilər.İndi isə qeyri ciddi kadrlar Rabitədə mühüm vəzifə sahibidirlər və bu səbəbli vətəndaşın şikayətinə əhəmiyyət verməyirlər. Azərpoçtdan Nazirliyə şikayət edirsən,baxılmaq üçün Azərpoçta göndərilir? Uzun müddətdir ki, Nazirlik mənim haqlı şikayətimə baxmayaraq,qanusuz cavab verməklə qanunun aliliyinə riayət etm
İnanmazdımki şərhlərimi verəsiniz onda əsl həqiqətləri yazıram .... vaxtilə Azərpoçtun gəlirlərini inkişaf etmək üçün xaricdən göndərilən göndərişlərin 1000 man dəyərinə qədər gömrük rusumundan azad edilməsi barəsində nazirlər kabnetilə razılaşma əldə olundu bax bütün fırıldağlarda bu razılaşmadan qaynağlanır.Adi bir misal 100 nəfərin adına xaricdən mobil telfon göndərirlər əlbbətdəki onlar rusumdan azad olduğundan satışda heç bir rəqabət görmürlər ziyan isə dövlətə dəyir.
AzPolitka xahiş edirəm bu məqaləni arxivə göndərməyin ən azı bu gün doğurdanda NRYT-lər nazirliyi ilə DGK-nin arasında çox asanlıqla düzələn bir sistemin yaranmasına kimlərinsə məqsədli sürətdə pəl qoymasına imkan verməyək axı bu bürokratlığın əziyyətini vətəndaşlarımız çəkir üstəlik maliyə vəsaitlərinidə itirirlər imkan verin qoy insanlar fikirlərini heç olmasa sizin sait vəsitəsilə bölüşə bilsinlər bəlkədə bundan sonra bu iki qurum insafa gəlib vahid sistemlə hərəkət etsinlər.
Vətəndaş-a Əslində kömrük bu ekspres poçt üçün göydən düşmədir gömrükçüləri əsas gətirərək alıcıları yanlarına dəvət edirlər əks halda onlar göndərişləri ünvanlara çatırmalıdırlar doğrusu indi deyə bilmərəm əvvələr çırtan rəislərin sürücülərindən savayı ölü canlarda az deyildi bəs necə onlar bütün göndərişləri ünvanlara çatdırmaq adıyla poçtalyon vahidliyini çoxaltmışdılar yəni burda paysız qalan yox idi yuxarıların isə xarici hesablaşmalarda xusisi payları vardı.Hələ mən 10%-zini qeyd etdim.Qlanı qalsın.
ARDI-buda xarici hesablaşmalarda əksini tapır.Məncə indi biraz toya gedəsidir əvvələr deyək Dubaydan kimsə Qazaxa poçt göndərişini göndərib mütləq idiki həmin alıcı Qazaxdan gələydi PDM-zinə ordada həm gömrük həmdə ekspresin nümayəndəsi müstəntiq sorğularından sonra müştərini yola salırdılar sanki sovetlər zamanında OBEXESLƏR kimi hərəkət edirdilər.Gedin Dubaya poçtla nə isə göndərin qəbul etməzlər hökmən eksprespoçtun tərivilə və müqaviləsi ilə göndərməlisən.Bax maliyə fırılağı burda açıq görünür.
Burda qaranlıq heçnə yoxdur hörmətli O.Gündüz elektrik rabitəsilə yanaşı poçt raabitəsinin mütəxəsislərilə məsləhətləşsəydi məlum olardıki Azərpoçtun yerində Dubayla muqaviləni Azərpoçtun tərkibində faliyyət göstərən eksprespoçt bağlayıb həmin müqaviləyə əsasən Dubaydan göndərilən poçt göndərişini şəxsən vətandaşın ünvanına göndərilməlidir və buna görədə rusum alınır yazıqlar olsunki həmin ünvana çatdırılan poçtalyonların bir dəstəsi cıqılı rəislərin sürücüləridir.Əsas məsələ isə maliyə məsələsidirADI
Ümumiyyətlə azərpoçtun özünə ehtiyac yoxdur .bir qrup korrupsionerin yeyinti yeridir.1999 cu il nazir Nadir Əhnədovun təşəbbüsü ilə yaradılmışdır. Həmin azərpoçtun üzündən poçt işçilərinin maaşı qalxmır.neçə ilin təcrübəli işçilərini yalandan islahat adı altında işdən uzaqlaşdırıblar.Bu barədə Ramin Quluzadəyə dəfələrlə şikayət olunsada nədənsə R.Quluzadə tədbir görmək əvəzinə bu neqtiv hallara göz yumur..Sanki azərpoçtu E.E.Əfəndiyevə icarəyə verib.
Vallah bu gomruyun özu ele utanmali orqandi.3-4deqiqeye Gurcustan gomruyunden kecirsen,qalirsan bizimkilerin elinde.azi 4-5 saata da bizimkilerden kecirsen.Az qalir adam gurculere bizimki desin.Gorun utanmali hansi terefdi.Olmazki bunlarda gurculer kimi islerini qursunlar.haaayy.
Gomruk legv olunmalidi umumiyyetle.seferden tutmush kenana,mirqasim,ismayil,esger ferid hamisi on cebheye texris olunmalidi.generaldia hamisi.qoy bacariqlarin monopoliya oyun
lari ile xalqa yox,sengerde ermenilere gostersinler.
KIME LAZIMDI BELE GOMRUK...HIYYY.MONOPOLIYANI YARADAN BU GOMRUKDU,LUKAWENKO CANI...SONRA DEYIRLER BU ANALOQU OLMAYAN HOKUMET XALQIN YANINDADIR...GOMRUL LEQV OLUNMALIDIR,GURCULERDE KI KIMI...