Azərbaycanın Xalq şairi, 82 yaşlı Musa Yaqub səhhətində yaranan problemə görə bu gün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. "Report"un Şirvan bürosu xəbər verir ki, şair xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda onun müalicəsi davam etdirilir. Qeyd edək ki, M.Yaquba ötən gün Xalq şairi fəxri adı verilib.


Şərhlər
Bunu oxuyub üzüldüm.Allah böyük ustada şəfa versin.Yastığı yüngül olsun.M.Yaqubun Təzəkənd məktəbinə gəlişi yadıma düşdü.O zaman çox çavan idi.Ulu tanrıdan ona şəfa diləyirək arzu rdirəm ki,tezliklə sağalaraq bu müdrik çağında da Təzəkənd məktəbinə gələ bilsin..AMİN!!