Menu

İraqda partlayış törədilib, ölən və yaralananlar var

26.05.2019, 20:45
İraqda partlayış törədilib, ölən və yaralananlar var

İraqın şimalında partlayış törədilib.

"Report" TASS-a istinadla xəbər verir ki, bu barədə "Al-Mayadeen" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Neynəva şəhərində qeydə alınıb. Belə ki, Suriya ilə sərhəddəki Rabiə yaşayış məntəqəsində minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində 1 nəfər həlak olub, daha bir neçə nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol