Menu

Kataloniyanın sabiq başçısı avroparlamentə seçilib - Avropa separatizmi təqdir edir?

27.05.2019, 17:57
Kataloniyanın sabiq başçısı avroparlamentə seçilib  - Avropa separatizmi təqdir edir?

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Kataloniyanın (İspaniya) sabiq başçısı Karlos Puçdemon İspaniyadan Avropa parlamentinə (AP) deputat seçilib.

Xəbər verilir ki, onunla birlikdə keçmiş müavini Oriol Junkeras da parlamentə düşüb. O, hazırda İspaniya türməsində dustaqdır.

Kataloniyanı mütəqilliyinin elan edilməsinə cəhddən sonra, Puçdemon Belçikada gizlənir.

İspaniyadan Avroparlamentə seçkiləri isə İspaniya sosialist partiyası udub. Partiya 54 mandatdan iyirmisini alacaq.

Puçdemona və dolaysı ilə İspaniyadakı separatizmə münasibətdə Avropanın tutduğu bu mövqe əslində, Avropa adlı məkanın sürüşkən və çoxüzlü siyasətindən xəbər verir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol