Menu

Şamaxıda yenidən vulkan püskürüb

28.05.2019, 10:29
Şamaxıda yenidən vulkan püskürüb

Şamaxıda yenidən vulkan püskürüb.

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Dağ Göylər kəndində qeydə alınıb.

Nəticədə vulkan püskürməsi zamanı yerin altından xaric olunan palçıq ətrafa yayılıb.

Hazırda vulkanda qaynama və palçıq axını prosesi davam edir.

Qeyd edək ki, bu ilin fevralında rayonun Quşçu və Kiçik Xınıslı kəndlərində də vulkan püskürməsi baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol