Menu

Avropalılar “Huawei” smartfonlarını almaqdan kütləvi şəkildə imtina edirlər

30.05.2019, 11:41
Avropalılar “Huawei” smartfonlarını almaqdan kütləvi şəkildə imtina edirlər

ABŞ-ın sanksiyalarından dolayı “Google” və digər şirkətlərin “Huawei” ilə əməkdaşlığı dayandırmasından sonra istifadəçilər Çin şirkətinin cihazalından kütləvi şəkildə imtina etməyə başlayıblar.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, cəmi on gün ərzində şirkətin İspaniyadakı satışları 25-30% aşağı düşüb. Digər Avropa ölkələri üzrə dəqiq məlumat olmasa da, ancaq vəziyyətin analoji olduğu vurğulanır.

Qeyd edilir ki, Böyük Britaniyada trade-in meydançaları Çin smartfonlarının qəbulu üçün qiymətləri aşağı salıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol