"Azərbaycana verilən vədlər yerinə yetirilməlidir"
ANS-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxışında deyib.
O, bildirib ki, NATO sammitində bəzi ölkələrə verilən vədlərin yerinə yetirildiyi kimi, Azərbaycana da verilən vədlər yerinə yetirilməlidir: "Bu, Azərbaycanın haqqıdır və Azərbaycana verilən vədlər yerinə yetirilməlidir. İndiyə qədər Azərbaycana çox saylı vədlər verilib. Amma onlar yerinə yetirilməyib. NATO samitində biz bu məsələni qaldıracağıq”.
Həmçinin bəyanat zamanı Türkiyəyə sərmayə qoyuluşundan da söhbət açılıb. Qeyd edək ki, Türkiyə prezidenti R.T. Ərdoğan Azərbaycan səfərindən sonra NATO sammitində iştirak etmək üçün Uelsə, sonradan isə ABŞ-a gedəcək.


Şərhlər