Prezident İlham Əliyev xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin (günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) genişləndirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılıb.


Şərhlər
ay millət .prezidentin əhalinin müxtəlif təbəqələrinə bu qədər diqqət və qaygısına rəgmən əəsmn-nin tərkibində olan dsmf nun rayon şöbələrinin məmurları bu şəraitdən istifadə edərək may ayı ücün 1-ci qrup əlillərin pensiya məbləgindən adambaşına 23 manat tutmuşlar.gah dedilər səhv hesablanıb gah dedilər səhv olub iyunda qaytarılacaq indidə deyirlərki əvəzinə ayda pensiyalarınız 100manat artacaq. bu xətai rayonu dsmf şöbəsi işcilərinin sözləridir bəlkə bu məsələyə nazirbabayev və onun işciləri aydınlıq gəti
5 ilyon! Hər pensiyaçıya 4 manat 20 qəpik.Hər uşağa 2 manat 10 qəpik.Amma yol ,körpü təmirinə 25-40 milyon.Budur xalqa sosial yardım!