New York Times qəzeti yazır ki, Finlyandiya kimi çiçəklənmək istəyirsinizsə, Finlyandiyadan öyrənin.
Bunun adı “Finlyandiyalaşma”dır. İdeya balaca ölkənin böyük qonşularla necə yanaşı yaşamasıdır.
“Finlyandiyalaşma” termininin yaradıcısı ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Bjezinskidir. Brzezinski Ukraynaya Finlyandiyalaşmanı təklif edir.
Bunları yazan müəllif Rene Nybergsept hesab edir ki, Bjezinski Ukraynaya Finlynadiyalaşma təklif edəndə Ukraynanın Rusiya dominantlığına razı olmasını təklif edir.
Nybergsept də Ukrayna üçün çıxış yolunu Finlyandiyalaşmada görür, acaq bunu başqa cür başa düşür.
O yazır ki, son 20 ildə Rusiyanın bütün qonşuları ilə problemləri olub, Finlyandiyadan başqa. Özü də bu, Finlyandiyanın uğurudur.
Finlyandiyalaşma təslim olmaq demək deyil. Bu, “assimmetrik hakimiyyət münasibətlərini” idarə etməkdir.
İsveç tarixçisi Kristian Gerner hesab edir ki, Rusiya tarixində qonşularla münasibətin cəmi iki modeli olub: Kazan və Mancu. Birinci modeldə, Rusiya qonşunun ərazisini tutub, özünə qatır. Necə ki, 1552-ciu ildə İvan Qroznı Kazan xanlığını tutdu.
İkinci modeldə Rusiya qonşunun özünə bərabərliyini və hətta böyüklüyünü etiraf edib, onunla bərabər münasibət qurur. Bu, 1689-cu ildə Çinlə müqavilədir.
Əsrlər boyu bu iki modeldən başqası olmayıb.
Finlyandiya isə istisnadır.
Bunun səbəbini qəzet 2 əsas prinsipdə görür. Finlyandiya həmişə bu iki prinsipə sadiq qalıb- etibarlı müdafiə sistemi və güclü azad bazar.
Finlyandiya Stalin dövründə 2 dəfə sovet hücumunu dəf edib- 1939 və 1944-cü illərdə.
Stalinin ölümündən sonra Finlyandiya prezidenti Kekkonen 2 prinsipə SSRİ liderləri Xruşov və Brejnevi inandırdı. Birincisi, hücum olsa, Finlyandiya özünü qoruyacaq, ikincisi, SSRİ Finlyandiyanın Qərbi Avropa iqtisadiyyatına inteqrasiyasının qabağını alsa, SSRİ-nin öz iqtisadi maraqlarına ziyan dəyəcək.
Bununla da Finlyandiya Avropa Azad Ticarət assosiasiyasına və Avropa İqtisadi Birliyinə daxil oldu.
Eyni vaxtda Finlyandiya 1970-ci illərə qədər SSRİ-nin Qərbdəki ən böyük ticarət tərəfdaşı idi.
Müəllif hesab edir ki, bu baxımdan Ukrayna düzgün yol tutub. Həm özünü Rusiyadan qoruyur, həm də Avropa Birliyinə inteqrasiya edir. /AzadlıqRadiosu

Şərhlər