Menu

Zelenski Kuçmanı Ukraynanın nümayəndəsi təyin edib

03.06.2019, 15:10
Zelenski Kuçmanı Ukraynanın nümayəndəsi təyin edib

Prezident Vladimir Zelenski sabiq dövlət başçısı Leonid Kuçmanı Donbas münaqişəsinin nizamlanması üzrə əlaqə qrupunda Ukraynanın nümayəndəsi təyin edib.

Bu barədə "Report" Ukrayna KİV-inə istinadən xəbər verir.

V.Zelenski Kiyevdə keçirilən brifinqdə Kuçmanın rəhbərlik edəcəyi əlaqə qrupunun iyunun 5-də Minskdə növbəti iclasa qatılacağını qeyd edib.

Prezident bildirib ki, rəsmi Kiyevin Donbas münaqişəsinin nizamlanması üzrə konkret təklifləri və yeni həll yolları var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol