Menu

Abşeronda 6 il əvvəl törədilmiş cinayətin üstü açılıb

07.06.2019, 11:59
Abşeronda 6 il əvvəl törədilmiş cinayətin üstü açılıb

Polis əməkdaşları Abşeron rayonu ərazisində 6 il əvvəl törədilmiş cinayətin üstünü açıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, 2013-cü ilin dekabr ayında Y.Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində əyləşən şəxs avtomobilin təhlükəsizlik kəmərini onun boğazına keçirib boğacağı ilə hədələyərək 100 manat pulunu, 2 ədəd mobil telefonunu və avtomobilin açarını alıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş E.Çərkəzov müəyyən edilərək saxlanılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol