«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Milli təhlükəsizlik araşdırmaları şöbəsində (İCE) bəyan ediblər ki, Çin, İran və Rusiya hakimiyyətləri tələbələrin köməyi ilə ABŞ-da hərbi texnologiyalar barədə informasiya toplayırlar.
Mənbənin sözlərinə görə, Ştatlarda dövlətə qarşı «düşmən əhval-ruhiyyəli» tələbələr fəaliyyət göstərirlər («Azadlıq radiosu»). Bu əcnəbilər böyük dotasiyalar alan müəssisələrdə öyrədilir. Söhbət hər şeydən əvvəl, Çin vətəndaşlarından gedir. Onlar artq dəfələrlə ABŞ-da qeyri-qanui yollarla ixracı qadağan olunmuş texnologiyaları və hərbi, hərbi-mülki təyinatlı məhsulları əldə etməyə cəhd göstəriblər. Bundan başqa, rəsmi məlumatlara görə, ABŞ-da 6,2 min rusiyalı tələbə təhsil alır.
ABŞ immiqrasiya polisində qeyd ediblər ki, Rusiya, İran və Çin öz məqsədləri üçün «bir çox sxemlərdən istifadə edirlər» və bu da onlara ixrac qaydalarından yan keçməyə imkan yaradır.


Şərhlər