Menu

HDQ-nin Göyərtə qrupu NATO standartlarına uyğunlaşdırılıb - VİDEO

08.06.2019, 13:46
HDQ-nin Göyərtə qrupu NATO standartlarına uyğunlaşdırılıb - VİDEO

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun “Dənizdə qadağa əməliyyatları” üzrə NATO standartlarına uyğun 2-ci səviyyəli özünüqiymətləndirməsi (SEL-2) keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

NATO-nun Nortvud Hərbi Dəniz Qərargahının nümayəndələrinin müşahidəsi ilə icra edilən SEL-2-in əsas məqsədi Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun fəaliyyətinin və təchizatının Şimali Atlantika Alyansının standartlarına uyğunluğunu yoxlamaqdan ibarətdir. Keçirilən təlim eyni zamanda 2020-ci ildə 2-ci səviyyəli NATO qiymətləndirməsinə hazırlıq məqsədini daşıyır.

Şərhlər

Türk 2019-06-08 13:46:38

NATO özü nədir ki,onun standartı nə olsun.ABŞ-la birlikdə NATO yalnız ara qarışdırmaqla məşğuldur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol