Menu

“Türk Hava Yolları”na məxsus təyyarə Bağdadda qəza enişi edib

09.06.2019, 18:51
“Türk Hava Yolları”na məxsus təyyarə Bağdadda qəza enişi edib

İstanbul-Bağdad reysi ilə hərəkətdə olan “Türk Hava Yolları”na (THY) məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsi qəza enişi edib.

AzərTAc xəbər verir ki, eniş zamanı təyyarədə problem yaranıb və layner Bağdad səmasında təxminən bir saat dövrə vurub. Pilotların “qəza enişi” tələbi təmin olunub.

Hələlik THY və ya İraq tərəfi hadisə barədə hər hansı açıqlama verməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol