Azərbaycan Xarici İşlər Nazirliyi Cənubi Osetiyada keçirilmiş qondarma “seçkilər”lə bağlı bəyanat yayıb.
XİN-dən verilən məlumata görə, bəyanatda deyilir:
"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Gürcüstanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edir və beynəlxalq hüququn kobud pozulması olan Cənubi Osetiyada keçirilmiş qondarma “seçkiləri” tanımır".


Şərhlər
Cənubi Osetiyadakı oyunlar Dağlıq Qarabaq münaqişəsinin eynidir.Hər ikisinin senari müəllifi Rusiyadır.Sadəcə olaraq,coğrafi məkanlar fərqlənir.