Menu

Səudiyyə Ərəbistanında hava limanına hücum - Yaralılar var

12.06.2019, 14:47
Səudiyyə Ərəbistanında hava limanına hücum - Yaralılar var

Yəmənin "Ansar Allah" hərəkatının üzvləri (husilər) hava limanına raket zərbəsi endirib

"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, "Ansar Allah" hərəkatının üzvlərinin Səudiyyə Ərəbistanın cənubunda yerləşən Abha hava limanına endirdiyə raket zərbəsi nəticəsində 26 nəfər yaralanıb.

Husilərə aid "Əl Mesirah" kanalı xəbəri təsdiqləyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası, Yəməndəki İran dəstəkli Husilərə qarşı mübarizə aparır. Bundan əvvəl də, Səudiyyə Ərəbistanına bir neçə dəfə raket zərbəsi endirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol