“Türkiyə S-400 müdafiə sistemini alacaq demirəm...” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu AK Partiyanın toplantısında S-400 müdafiə sistemlərilə bağlı məsələyə aydınlıq gətirib.

APA Türkiyə KİV-ə istinadla verdiyi məlumata görə, Ərdoğan qeyd edib ki, Türkiyə S-400 müdafiə sistemini alacaq demirəm, almışdır deyirəm: “Bu iş artıq bitmişdir. Önümüzdəki ay bu sistemin ölkəmizə çatdırılması prosesi həyata keçiriləcək”.

Türkiyə prezidenti diqqətə çatdırıb ki, bu, heç də sonsuz, hesabsız bir kredit deyil: “Bizə verilmiş dəstəyə qarşılıq vermək məcburiyyətindəyik”.

Ərdoğan F-35 döyüş təyyarələrilə də bağlı fikirlərini dilə gətirib. Qeyd edib ki, Türkiyə F-35-lərin yalnız müştərisi deyil, eyni zamanda istehsal ortağıdır: “İndiyə qədər biz 1 milyard 250 milyon dollar ödəmişik. F-35 layihəsinin gerçəkləşməsi istisna edilməməlidir”.

635x100

Şərhlər

Türk 2019-06-13 09:02:44

Yaşa Türk dünyasının böyük oğlu.Bu mənfur imperialist ABŞ-ın cavabını çox gözəl verirsiniz.Bütün türk xalqları sizinlədir.Möhkəm dayan.Türk Və Müsəlman dünyasının böyük lideri.Tezliklə Türkiyəni dünyada lider dövlətə çevrəçəyinə inanırıq.Çox təəsuflər olsun ki,sizin Rusiya ilə qurduğunuz isti munasibəti,üç manatlıq qərbpərəstlər qiymətləndirə bilmirlər.Buna qısqnclıqla yanaşırlar.Yaşasın Türk dünyası və onun böyük lideri R.T.Ərdoğan.

Son yazılar