Menu

Neftçalada 36 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb

13.06.2019, 19:57
Neftçalada 36 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb

Neftçala rayonunda 36 yaşlı qadını elektrik cərəyanı vurub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Məhəmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb.

Belə ki, Neftçala şəhər sakini, 1983-cü il təvəllüdlü Ruhiyyə Arif qızı Abışovanı elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol