Menu

Fuad Abbasovun səhhəti pisləşib

16.06.2019, 00:18
Fuad Abbasovun səhhəti pisləşib

Moskvada həbsdə olan jurnalist Fuad Abbsovun səhhəti pisləşib. Musavat.com xəbər verir ki, bu barədə ailəsi sosial media vasitəsilə məlumat verib.

Ailəsinin bildirdiyinə görə, iyunun 15-də F.Abbasovun səhhətinin pisləşməsi ilə bağlı təcili tibbi yardım briqadası çağırılıb. Həkimlər jurnalisti müayinə edərək lazımi prosedurları həyata keçiriblər.

Məlumatda həmçinin bildirilir ki, F.Abbasov xəstəxanaya yerləşdirilməsindən və müalicə prosedurlarının aparılmasından imtina edib. Vəziyyətinin daha da pisləşməsinin qarşısını almaq məqsədilə həkimlər F.Abbasova aclıq aksiyasının dayandırılmasını və yemək yeməsini məsləhət görsələr də, jurnalist aclıq aksiyasını dayandırmayacağını deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol