Ağdamda istifadəyə yararsız 120 kq ət aşkar edilib

Daxili İşlər Nazirliyi əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Ağdam rayonu ərazisində tədbir keçirilib.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Maqsudlu kənd sakini Yavər Azadovun idarə etdiyi “QAZ-2410” markalı avtomobilə baxış zamanı mənşəyi məlum olmayan, natəmiz vəziyyətdə və istifadəyə yararsız 120 kiloqram çəkidə mal əti aşkar edilib.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib, araşdırmalar aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar