Ermənistan Qarabağda irimiqyaslı hərbi təlimlərə başladı - VIDEO
Baxiş sayı:
Dərc olunub:
17/06/2019 - 21:57
Ermənistan işğal altında olan Dağlıq Qarabağda irimiqyaslı hərbi təlimlərə başlayıb. Virtualaz.org xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərlə 10 mindən çox hərbçi iştirak edəcək.
“Təlimlərdə təxminən 10 min hərbçi, 200-dən çox artilleriya sistemi, təxminən 150 zirehli maşın, 50-dən artıq zenit raketi, 400-dən çox avtomaşın və digər nəqliyyat vasitələri iştirak edəcək”, - Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Mənbəyə əsasən, təlimlərin gedişində əsas diqqət gecə saatlarında qoşunların əməli tapşırıqları yerinə yetirməsinə yönəldiləcək, həmçinin yeni taktiki planların hazırlanması nəzərdə tutulur. Təlimlər iyunun 20-dək davam edəcək.
Şərhlər
Ermeniler özlerini Qarabağda lap evdeki kimi aparırlar. Cemleşibler bir yere 5 POLONEZ raketi Qarabağ münaqişesini sonlandıra biler. Göresen bele fürset ermeniye düşse idi vaz keçerdimi?
Onların inadkarlığı qarşısinda biz çox sakitik
Fürsətdir.Bu dığalar bir yerə yığılıb.Raket və artilleriya atəşi ilə onları cəhənnəmə göndərmək olar.Bizim Müdaf.Nazirimiz və ali baş kom.bu fürsətdən niyə istifadə etmir?