Menu

Saray postu yaxınlığında avtomobil qəzaya uğrayıb, sürücü ölüb

18.06.2019, 00:53
Saray postu yaxınlığında avtomobil qəzaya uğrayıb, sürücü ölüb

Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Saray postunun yaxınlığında qeydə alınıb.

1979-cu il təvəllüdlü sürücü Ocaqverdiyev Vüqar İnqilab oğlu minik avtomobili ilə qəzaya uğrayıb. Hadisə nəticəsində o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol