Menu

"Dirçəliş, polislə yaranan insidentə münasibətdə müşahidə olundu" - Deputat

18.06.2019, 11:20
"Dirçəliş, polislə yaranan insidentə münasibətdə müşahidə olundu" - Deputat

"Vəkilliyin nüfuzunun dirçəlişi, bir müddət əvvəl vəkillə polis arasında yaranan insidentə münasibətdə müşahidə olundu".

"Report"un xəbərinə görə, bunu vəkilliyə namizədlərin andiçmə mərasimi ilə bağlı tədbirdə deputat Fazil Mustafa deyib.

Onun fikrincə, vəkillərin sayı o həddə artırılmalıdır ki, vətəndaşlar hüquqi yardımdan kənarda qalmasın: "Vəkillik o dərəcədə əlçatan olmalıdır ki, vətəndaşlar problemləri ilə bağlı onlara müraciət edə bilsinlər. Bura maddi tərəf də daxildir, ona görə də vəkillərin vergi yükünün azalması məsələyə müsbət təsir göstərə bilər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol