Menu

"İlham Əliyev Avropa Oyunlarının açılışında iştirak etməyəcək" - Səfir

21.06.2019, 14:49
"İlham Əliyev Avropa Oyunlarının açılışında iştirak etməyəcək" - Səfir

Prezident İlham Əliyev Minskdə keçirilən II Avropa Oyunlarının açılışına gəlməyəcək. Ölkəni Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək.

Bu barədə “İnterfaks-Qərb” agentliyinə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov məlumat verib.

"II Avropa Oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinə parlamentin sədri Oqtay Əsədov başçılıq edir", - deyə L.Qəndilov bildirib.

Bu məlumatı “İnterfaks-Qərb” agentliyinə Belarusun Xarici İşlər Nazirliyindən təsdiq ediblər.

II Avropa Oyunları iyunun 21-30-da Minskdə keçiriləcək. Oyunlarda 50 ölkədən 4 mindən çox idmançı iştirak edəcək, ölkəyə 50 minə yaxın azarkeşin gələcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol