Menu

Kür çayında iki yeniyetmə qardaş batıb

21.06.2019, 17:12
Kür çayında iki yeniyetmə qardaş batıb

Kür çayının Salyan rayonundan keçən hissəsində batan yeniyetmə qardaşların adları məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, bunlar rayonun Aşağı Noxudlu kənd sakinləri, 2003-cü il təvəllüdlü Sadıqov Rəvan Seymur oğlu və 2006-cı il təvəllüdlü Sadıqov Ramal Seymur oğludur.

Həmin şəxslər Kür çayında çimərkən boğulublar. Hazırda FHN-nin dalğıc-xilasediciləri tərəfindən axtarışlar aparılır.

Qeyd edək ki, hadisə bu gün, təxminən, saat 15 radələrində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol