Bakının Nizami rayonu ərazisində yerləşən "X-Lady" mağazasında səhər saatlarında başlayan yanğın söndürülüb.
Musavat.com xəbər verir ki, hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da gəlib.
Eldar Əzizov mətbuata açıqlamasında bildirib ki, yanğının baş vermə səbəbləri araşdırılacaq: "Heç bir ölkə belə hadisələrdən sığortalanmayıb. Nizami rayonunun paytaxtın digər rayonlarından fərqi burada ticarət obyektləri baxımından sıxlığın yüksək olmasıdır. Ona görə də gələcəkdə belə hadisələrdən sığortalanmaq üçün bu istiqamətdə lazımi işlər görülür. Yanğının baş vermə səbəbləri obyektiv qaydada araşdırılacaq".


Şərhlər
CƏNAAB E.ƏZİZOV NƏQLİYYAT RABİTƏ KOLLECİNİN YATAQXANASINI TIDBİR GÖRÜLMISƏ BU VIZİYYƏT GÖZLIYİR.
Hötmətlı Eldar müəllım.8km qəsəbəsində yeni binalar tikilir.Ərazidə yaşıllıqlar yoxa çıxır.yeni binalar çox six bir birinə yaxın tikilir.axşamlar qəsəbəni ufunətlı qpxu götürür.xahiş edirik nəzatətə ğötürəsiniz