Hazırda dünyada çox mühüm və eyni zamanda da mürəkkəb siyasi-iqtisadi proseslər gedir. Demək olar ki, hər yerdə gərginlik ocaqları var. Böyük dövlətlər arasında baş verən problemlər əvvəlki kimi diplomatik yolla deyil, sərt üsullar və təhdidlər vasitəsilə həll edilməyə çalışılır. Elə təsəvvür yaranır ki, sanki dünya geniş miqyaslı müharibənin astanasında dayanıb.
Bəli, Üçüncü Dünya Müharibəsindən danışanlar da az deyil. Çünki bir çox ölkələr fövqəldövlət olan ABŞ-a qarşı vahid cəbhədə birləşməyə başlayırlar. Əlbəttə, Amerika da öz növbəsində sakit və hərəkətsiz dayanmayıb. Onilliklər boyu sürmüş mövcud beynəlxalq nizam sistemi iflic vəziyyətinə düşmək üzrədir, Birləşmiş Millətlər Təşkilatı çarəsiz qurumu xatırladır. Digər yandan isə, dünyanın iqtisadi-maliyyə sistemində də çalxalanma var. Uzun müddətdir ki, sabit tərzdə işləyən beynəlxalq iqtisadi münasibətlərdə nasazlıq hiss edilir. Bu gün böyük dövlətlər arasında gedən ticarət və valyuta müharibələri beynəlxalq siyasi icmalların əsas mövzusuna çevrilib. İlk baxışdan hər şey xaotik görünür. Bəs, əslində dünyada nə baş verir?
Təqdim etdiyimiz videolarda siyasi analitik, “AzPolitika.info”-nun şərhçisi Vaqif Mahmudov məhz bu suallar ətrafında fikirlərini bölüşür.

O, baş verən hadisələrin kapitalizmin xarakterindən qaynaqlandığını əsaslandırmaqla yanaşı, həm də dünyanın mövcud maliyyə-təsərrüfat modelinin yenilənməsinə çalışıldığını söyləyir. Onun fikrinə görə, bu səbəbdən də, dünyanın hazırkı vəziyyətə düşməsində böyük rol oynamış iki nəhəng elita arasında amansız mübarizə gedir. Həmin iki nəhəng qüvvə ABŞ milli dövlət sistemi və qlobal maliyyə quruluşlarıdır və onlar arasındakı qarşıdurma xeyli uzaqlara - ABŞ-ın ilk müstəqillik illərinə qədər uzanır. Digər tərəfdən isə milli dövlət sistemi ilə maliyyə bank quruluşları arasında meydana gələn mübarizənin tarixi köklərinə nəzər yetirilir. Videolarda dünyanın maliyyə güclərinin hansı yollarla təşəkkül tapması və onların ABŞ-ı necə öz iradələrinə tabe etmələri və sonra isə, bu dövləti necə önə çıxardıqları barəsində danışılır.
Belə hesab edirik ki, oxucular bu videomateriallarda onları düşündürən bəzi sullara cavab tapa biləcəklər.

Şərhlər
Hörmətli Vaqif bəy, orijinal və obyektiv təhlil-şərhə görə Sizə, habelə, "Azpolitika"ya dərin təşəkkürümü yetirirəm. Vətəndaşlarımıza isə xahişim budur: Sizi diqqətlə dinləsinlər və dəyərləndirsinlər! Təqdim etdiyiniz analitik bilgi hadisə və prosesləri anlamaq, gələcəyə aparan yolu, üsul və vasitələri, gediş mexanizmlərini müəyyənlişdirmək üçün çox faydalı ola bilər. Bir millət, dövlət kimi mövcud olub, inkişaf etmək istəyiriksə, öz meqatrendimizi müəyyənləşdirməliyik. Sizə yeni-yeni uğurlar arzulayıram!
müstəqil məntiqli şuura malik hər birimiz və yaxud İstənilən korporativ bir qrup olsun , hər biri ayri ayriciliqda :_dünyani idarə edən qar topu kimi bərkləşsədə ortada və ya sonda mütləq əriyəcəkdir . Ən boyüyyün isə qar arvadi tək bir qiş mövsumu daxilində ömrü vardir : _qar topu tək kimin əlində sixilmaqla bərkiyibsə :_ öz ailəsini uşaqlarini lap kəndini ölkəsini idarə etsə də belə sonda əriyib ümümibəşəri xaosa selə dənizə şuursuz sularin cəmi Qanq çayinin lilinə çevrilməklə , dayaniqli bir məntiqsizliyə söykəncəkdir.
Yəni dünyani hec kəs idarə edə bilməz və yaxud ğuya yəhudi vəyaxud inğilis korporotiv qrupun idarə etməsi fantaziyalari :_ nə qədər cəlbedici olsa da belə ,yəhudilərlə anqlosaksalarin əslində isə insanin özünün fəaliyyət primitivliyi bunu qeyri mümkün bir nəzəriyyə olduğunun subutudur .
Bir qrupun heğemonluqu lap bir kənd daxilində və ya üç qonşu arasinda diğər qruplarin ağildan zəifliyi üstundə qurulub , Real Madrid futbolçularinin məhəllə pensionerlərinə qarşi oyunu kimidir , beləki əğər toplum müsəlmanlar vəyaxud hindustanlilar ərəb və pakistanlilar olsun . yəni ğeridə qalmiş arxaik cəmiyyətlərin varliği .
Absurd ondadir ki SSR-i vaxti "Sion müdrüklərinin sirləri və kataxezis sovetskix evreev " adli primitiv bir broşuralar rus beyin hüceyrələrini dağitdi br rus onun əksini və yalan olduğunu subuta yetirə bilmədi 60 il əvvəl yazilanlar həyata keçdi saat ba saat .
Necəki quranda yazilanlar bu ğundə dəqiq olur və niyə dəqiq olur elmi izahi var cin şəyətin izahi yoxdur .
Halbukui yaziya misal analoğiya ğulməli və sadədir istənilən tikinti şirkəti məhəlləyə ğirən kimi 50 il dost və qonşularin hər biri diğər qonşunun maraqini Tikinti Baronuna satmaqla beş on min qabaqa düşmək istəyir nəticədə Tikinti şirkəti hamini biri birisinə qarşi qoyur və hamini aldadir. İndiyə qədər üç qonşu bir yerdə eyni qiymətə evini satmayib bu hal Tikinti şirkətinin super ğücə malik olmasinin təsdiqi deyil . tutaq ki bir Nostradamus qonşulara demişdi ki , bir ğün ğələcək AYBİR şirkəti məhəlləyə daxil olacaq haminin sifəti açilacaq " Nostradamus yoxdur bu haqda əvvəlcədən biğin və peyvəndin olmalidir . necəki maymaqlarda Kremldə olmadi .
Bildberd klubu və yaxud ona qədər məlum mason klublari və diğər ğurultulu klublar Bank və trast təşkilatlari təssuflə qeyd edirəm ki :_misal yəhudilərin dynya düzümündə at çapmalari haqda yanliş nəzəriyyələrin heç birinin elmi praktik məntiqli nə izahi nə də əsasi yoxdur , bunun izahi psixi dolğularin kənərdan müdaxiləsi haqda :_ ehtiyyat anbar açarlarin kapitala malik insanlarda özu özünün qapisini aça bilməməsindədir. Xəsisliklə bir sitat yaziram ikincisini isə yox :_hər bir kəsin qapisi içəridən deyil , çöldən içəriyə açilir bir şərtlə ki qapinin astar üzünü bilsən , necəki yəhudilər ağladiqi Divarin astar üzünü bilmədikləri ücün hər bir yəhudi dunya millətlərini lut qyandan sonra həmin divari ziyarət edir və qarşisindaki daşa ağlayir . Misal ermənilərin qapisi haradan açilir sualina 30 ildir ki , Azərbaycan ÖenŞtabi və məxvi orqanlari cavab tapa bilmir . Yerevanda yatan səssiz amerikalar tapa bilib , onlardan da qabaq iranlilar tapib lakin Kremldəkilər isə yox . Beləki ermənilərin qapisi dudukla açilir hüzünlü kilsə psalmalari ilə bu astar üzüdürsə pencəyi biçməyə nə var ki ? Hami erməniyə birinci astari yox pencəyi bişdiyi üçün hami aldanir erməni aldatmir buna ağli yoxdur . əlində qayçi olan biçə bilmir.
Dünya yollari komunikasiyalar dəniz əlaqələri uçaqlar internet bu əlaqələr sixlaşdiqca insanlarin şuurlarindan kənar və ətrafda baş verən burulğanlara iradəsi ilə müdaxilə edə bilməz !! zəifliyindən hər bir fərd beynində yanlişliqla idarə olunan xaos haqda şərti düyməyə start verir.
Necəki hami qonşunun ğözəl cəlbedici arvadina rəğbətlə baxir və məntiqsiz lakin fizioloji məntiqli fantaziyalarina start verir . Sərsəm və məntiqsiz dünyada o xalqlar üğür qazanir və qazanacaqdir ki . həmin xalqlar ətrafda cərəyan edən burulğanli lil sularin daxilində yol ayricilar haqqinda dəqiq məlumati olsun . belə məlumati olmadiği təqdirdə məlumati olanin ehtiyacin pulla alsin . Əks halda istənilən toplum lap Eynşteynlərdən ibarət olsun diğər toplumlarin həzm rabelərindən elə üsüllarla keçəcəklər ki . o dunyadada məlumatsiz olacaqlar , necə ki ruslar kimi anadanğəlmə intellektual bir xalq 1993 –cü ildən üzü bəri Hitlerin arzuladiği OST planindan da ağir bir planin içində şirin saqqizlarla çabalayirlar .
Kİm bu ğün qarşisindaki qara divarda qapini tapa bilirsə istərsə qul bazarnda olan fəhlə olsun . həmin şəxs dunyani idarə edir . Dunya milyardlarla marşrut avtobusudur niyyətin hara mənzilin ora : mindin öz ünvanina ğetdin biləcərə ya Masazir yerinə Ğürcüstana yox. Tamahdan yuzlərlə marşrutlara minən qirxayaqa bənzər hansi ayqin hansindan sonra addiminda ğeç tez ya bezər ya azar
Bəzən siyasi şərh yazanlar kaş sizin dediyiniz coğrafi iqdisadi tarixi bilib və yaxudda öyrənib yazsaydılar nə dərdimiz adi nə şimali nədə cənubi Qafqazın dünənki tarixindən anlayışı olmayanlar islamın tarixindən xəbəri olmayan mollalar kimi möüzə edirlər buda bizim gələcəyimiz üçün olduqca təhlükəlidir nədənsə kütlə elmi əsaslara söykənən tarixi yox kimsənin saxtalaşdırılmış tarixdən iqtisadiyətdən danışanda inanırlar.Bu gözəl təhlilə görə sağolun ən azı araşdırılması üçün vaxt və düşüncə sərf etmisiniz.