Menu

FAZİL MƏMMƏDOV XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - Həkimi açıqlama yaydı

27.06.2019, 13:05
FAZİL MƏMMƏDOV XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - Həkimi açıqlama yaydı

Uzunmüddətli müalicə prosesindən sonra sağlığına qovuşan eks-vergilər naziri Fazil Məmmədovun səhhəti yenidən pisləşib. Gəncə Beynəlxalq Hospitalına yerləşdirilən F.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir. Məsələ ilə bağlı Gəncə Beynəlxalq Hospitalından Modern.az-a verilən məlumata görə, hazırda Fazil Məmədovun səhhəti normaldır:

“Fazil Məmmədov xəstəxanaya qastrit diaqnozu ilə daxil olub. Gətirilərkən vəziyyəti nisbətən ağır idi. Lazımi müayinə və müalicələrdən sonra hazırda səhhəti normallaşıb. Əməliyyat olunması planlaşdırılmır”.

F.Məmmədov Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altındadır.

Qeyd edək ki, F.Məmmədov pankreatit xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyin də əsas  səbəb spirtli içkilərdən çox istifadə edilməsidir. Bu səbəbdən də uzun müddət Türkiyədəki “American Hastanesi”ndə müalicə alıb.

***

Ötən gün Azərbaycanın sabiq Vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşib və o, Bakıdan Gəncə Beynəlxalq Xəstəxanasına gətirilib.

Keçmiş nazir Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Alınan məlumata görə, Fazil Məmmədov hazırda həkim nəzarətindədir. Onun əməliyyat olunma ehtimalı var.

Qeyd edək ki, Fazil Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının 1-ci vergilər naziri təyin olunub. O, 17 il bu vəzifədə çalışıb. Son vaxtlar keçmiş nazirin səhhətində problemlər yaranır. Onun qara ciyərində problem var. Həmçinin Fazil Məmmədov qan təzyiqinin yüksəlməsindən də əziyyət çəkir( baku.ws).

Xatırladaq ki, uzun müddət Türkiyədəki "Amerikan Hastanesi”ndə müalicə alan sabiq vergilər naziri Fazil Məmmədovda pankreatit xəstəliy aşkarlanmışdı. Bu xəstəliyin də əsas  səbəb spirtli içkilərdən çox istifadə edilməsidir.

Məlumata görə, həkimlər yaşaması üçün F.Məmmədova spirtli içki yasağı qoyublar.

Xatırladaq ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirmişdi. F.Məmmədov 2018-ci ilin iyununda Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılmişdı. O "American Hastanesi”nin professorları Orhan Bilgə və Mustafa Kərəmin nəzarətində olmuşdu.

Şərhlər

kohne 2019-06-27 13:05:51

Bir yigin nazirler geldiz getdiz.Yaponiyada xatiko var idi.Onun qeder ola bilmediz!!!

vergi odeyen 2019-06-27 13:05:51

...... xeber ewiderik

Adil 2019-06-27 13:05:51

BU MİLLƏTƏ XALQA ..... 1-CİLƏRDƏN BİRİDİR. HÖKUMƏTİMİZ ONLARI MƏCBUR ETMƏLİDİR Kİ OĞURLADIQLARINI QAYTARSINLAR Kİ EHTİYAC BORC-XƏRC İÇİNDƏ YAŞAYAN İNSANLARIN MADDİ VƏZİYYƏTİ BİR AZ DÜZƏLSİN.

dadaşyev 2019-06-27 13:05:51

İndi başa düşürmü ki,Azərbaycan yalnız kabinet və sel kimi yağan nəzarətsiz milyardlar deyil,Azərbaycanda xalq deyə bir şey də var,o xalqın halallığını almaq lazımdır.Şəxsən mən halal eləmirəm millətdən çırpışdırdıqlarını.Şəxsən neft milyardlarından mənə çatası cüzi də bir şeyi bu yeyibsə bunun da haramı olsun,buna yedirdənin də,buna yeməyə göz yumanın da.Hamısının gözündən gəlsin.

dadaşyev 2019-06-27 13:05:51

Fazil Məmmədov xalqdan milyardlar çırpışdırıb.Versin o çalıb-çapdıqlarından,müalicə olunsun.Mənə nə?Bəli amansızam.Çünki azğıncasına yeyiblər və yeməkdədirlər.Allah hamısını necə bilir elə etsin,heç bir rəhmim,duam yoxdur.Şəxsən mən heç bir məmura dua-filan etmirəm.Hamısı bilməlidir ki,10 il,20 il vəzifə illəri bir gün bax beləcə bitəcək və Allahla üzüzə duracaqlar.O zaman yalvaracaqlar ki,biriniz mənə dua edin.Xeyir,Allah özü bilsin özlərini xalqdan üstün tutan sənin kimilərlə.Allah adildir.

məsləhət 2019-06-27 13:05:51

Vidadi Zeynalov məhkəmədə bildirib sabiq rabitə naziri Əli Abbasova ayda 300 min paket maaşı verirdim.Fazil Məmmədov 17 il ən çox rüşvət alınan karrupsiyaya qurşanan nazirliyə rəhbərlik edib. Onun paket maaşı ən azından ayda milyon manat olub. Onun xəstəliyi yığdığı haram milyonların özündən sonra kimə qismət olacağı fikrindən yaranıb.Müalicəsi imkansızlara əl tutmaqla dəf olunur. Bu müalicə üsuluna əməl etsə sağlamlığı tam olmasa da müəyyən qədər bərpa olunar.

t.ədalət 2019-06-27 13:05:51

Xalqın və dövlətin cibindən edilən oğurluqlar beləcə adamı bədbəxt edir.İnanın ki,hələ xəstəlik tapmayanları da hansısa bədbəxtlik gözləyir.Allahın cəzasından qaçmaq olmur..

Mubariz 2019-06-27 13:05:51

Čixiş yolu var.Hesablatdirsinlar bedeninde neče milyon huceyre var.Sonra o huceyreleri tebii ki,her biri halal malnan qidalanmayib.Hemin haramlarin keffaresini vesinler Billah sagalar.InşəALLAH☝

Vaqif 2019-06-27 13:05:51

Allah rəhm etsin.Fazil Məmmədov 6 ildən artıq idi ki, vergi orqanında rüşvəti ləğv etmişdi.Vergi işçisinə rüşvət vermk mümükün deyildi.Olanları demək lazımdır,onun rəhbərlik etdiyi son 6 ildə kim deyrsə rüşvət verib,səmimi deyildir.Düzdür adamın pulunu məcburi ödətdirilər,amma dövlət büdcəsinə,cünkü vergmiz var idi.İndi gəlir əvvəlkimi kimi yoxdur,o pulu ödəyənlər kimi Fazil Məmmədovun ölənlərinə rəhmət oxuya-oxuya artıqödəməmizdən istifadə edirik.Başqa orqanlar kimi özlərinə alsaydılar nəedə biləcəkdik ki

fuad 2019-06-27 13:05:51

Valeh müəllimin pivəsindən "vursa" düzələcək.

dadaşyev 2019-06-27 13:05:51

davamı;yəni varlılar Allahın sevimli bəndəsi olduqları üçün yox,tam əksinə,cəhənnəm namizədləri olduqları üçün varlıdırlar.Allah o var-dövlətlə şans verir onlara,sınaqdan Tağıyev kimi üzüağ çıxanlar xoşbəxtdirlər,buna görədir ki,ömrünün son 4 ilində Allah onun əlindən bütün varını aldı,yəni daha sınanmağa ehtiyac qalmadı.Sınaqdan üzüqara çıxanlar isə o dünyada deyə bilməyəcəklər "ey Allah,məni niyə cəhənnəmə atdın?"Allah ona bu dünyadakı əməllərini göstərəcək ki,buyur,o qədər var-dövlət verdim,sən nə etdin?

dadaşyev 2019-06-27 13:05:51

Vallah əcəb işə düşmüşük.Qarmağını vəzifəyə atan ta astma-bronxit,yazva-qastrid,babasil-gemorroy olana qədər 40 il,50 il oturur kresloda dördəlli yapışaraq.Elə bil svarka edirlər bunları kresloya.Yaxşı ki,vəzifə kresloları əlil arabaları kimi motorlu deyil,yoxsa vallah evdən işə,işdən evə də kreslodaca gedib gələrdilər.Yatanda da kresloda yatardılar.Getmə gözümdən,gedərəm özümdən yəni.Buyur,indi yığdıqlarını tök xəstəxanalara.Birdəfəlik bilin;imanında nöqsan olanlara Allah verər var-dövləti sınaq üçün.

dadaşyev 2019-06-27 13:05:51

Qastrid imiş.17 il yumyumşaq kresloda oturan adam qastrid yox ee,gemorroy,babasil də olar,hələ yaxşı qurtarıb.Bəlkə də onnandı,utanıb demirlər.Nazir olar 4 il,5 il.10 ili ötdüsə o artıq nazir yox,vəzirdi.Deyək ki,unudub çıxarmayıblar,17 il qalmısan kabinetdə,a balam,özün öz sağlığının qənimisən?Ərizə yazıb yada salaydın ki,nağayrım,deyəsən çox oturdum,yanım mazol olub daha.A kişilər,müstəqillik bir tək sizin boyunuza biçilməyib ki.Bir doyun da vəzifədən,puldan ki,cavanlar yazıqdı axı,niyə qocaldırsız onları

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol