Menu

Rusiya XIN-i Avropanı hədələdi

06.09.2014, 16:05
Rusiya XIN-i Avropanı hədələdi

“Avropa İttifaqının yeni sanksiyalarına adekvat cavab veriləcək”

Rusiya Avropa İttifaqının yeni sanksiyalarına adekvat cavab verəcək. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Naziriliyinin bəyanatında deyilir.

“Yeni sanksiyalar tətbiq olunsa, buna lazımi cavab veriləcək”, - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağını açıqlayıb. Sanksiyaların sentyabrın 8-dən qüvvəyə minəcəyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol